"Qarabağ" Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan azad agent qismində ayrılan Aleksey Kaşuku heyətinə qatdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalanıb.
Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022/2023 mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupları üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.