Misli Premyer Liqasının 6-cı turunda "Neftçi"ni qəbul edəcək "Zirə"nin milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən necə istifadə etdiyi bəllidir.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullayev məlumat verib:
"Komanda sentyabrın 4-dən məşqlərə başlayıb. Futbolçulara bu gün istirahət verilib. Sabahdan "Neftçi" ilə oyunun hazırlıqları davam etdiriləcək. Hər hansı yoxlama oyunu nəzərdə tutulmayıb".
Qeyd edək ki, "Zirə" - "Neftçi" qarşılaşması sentyabrın 15-də reallaşacaq. Oyun Bakı vaxtı ilə 18.00-da start götürəcək.
Nihat