“Kəpəz” təcrübəli müdafiəçisi Vurğun Hüseynovla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncəlilər 36 yaşlı vitse-kapitanla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.
Qeyd edək ki, “Kəpəz”lə yanaşı, “Sumqayıt”, “Turan Tovuz” və “Qəbələ” klublarının da şərəfini qoruyub.