
"Neftçi" futbolçusu Qara Qarayevlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Azərtac" məlumat yayıb.
Xəbərdə bildirilib ki, "ağ-qaralar" Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyublar. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qarayev paytaxt klubuna 2023-cü ilin yayında "Qarabağ"dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.