23:36 22.09.2024 869

"Ha düşünürsən ki, gələn oyun düzələr, düzəlmir" - Samir Abasov

"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 7-ci turunda evdə “Zirə”dən aldıqları yenilgini (0:2) şərh edib.

Fanat.Az xəbər verir ki, o, komandasının ardıcıl 4-cü məğlubiyyətindən sonra qatıldığı mətbuat konfransında belə danışıb:

“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Taktiki mübarizədən onlar qalib ayrıldı. Bütün mübarizələri uduzduq, hücumda oynaya bilmədik. Bir neçə oyundur ki, belədir. Artıq komandada bəzi addımları atmağın vaxtıdır. Ha düşünürsən ki, gələn oyun düzələr, düzəlmir. Futboldan kənar söhbətlərə başları qarışır. Yaxşı günlər yaşamırıq. Dörd turdur, uduzuruq. Bu gedişlə növbəti iki oyunu da uduzmağa gedirik. Komandanı necə düzəldəcəyik… danışmaq da çətindir. Toparlanmalıyıq demək də çətindir. Fikirləşirəm ki, komanda daxilində iş görmək lazımdır, sərt olacaq, amma belə rahatlıq olmalı deyil.

Komanda olaraq formada deyilik, balans yoxdur. Fikirləşirəm ki, bir komanda 3-4 nəfər yeni gələnlər oynayırsa, fiziki formadan uzaqdırlarsa, digərlərinə də təsir edəcək. Yəni, digər oyunçular məcburdur ki, çox qaçsın, güc sərf etsinlər. Komandada fiziki baxımdan disbalans var. Bu da yenilərlə deyil, köhnələrlə bağlıdır. Bəzi oyunçuların başı futboldan kənar söhbətlərə qarışıb. Hansı söhbətlər olduğunu demirəm, özləri başa düşürlər. Gedişat pisdirsə, öz karyeraları üçün də pis ola bilər. Oynamayacaq, formadan düşəcəklər.

Yaxşı mövsümdən sonra bəzi oyunçulara təkliflər gəldi. Sanki indi o havada qalıblar. Deyəsən, elə düşüncədədirlər ki, bura olmasa, gedəcək yerimiz var. Yəni, arxayınlıqları var. Çalışıram ki, loru dildə danışım, başa düşsünlər. Həmin futbolçular öz formalarından həddindən artıq uzaqdırlar. Başqa səbəb tapa bilmirəm. İstəyi, arzunu görmürük. Getdikcə pisə doğru gedir. Belə davam edəcəksə, qarşısını kəsməliyik.

Məğlub olanda motivasiya da gedir. Bunlar normal haldır. Ümumi komanda şəklində enişdəyik. Bunu baş məşqçi qaldırmalıdır, anlayıram. Ancaq səbəblər var. Motivasiyanın enişində səbəb uğursuz nəticələrdir. Mən tərəfdən nələrsə dəyişməyib. İşləyirik, qələbə istəyirik və olacaq da, sadəcə düşdüyümüz vəziyyətin səbəblərini axtarırıq. Motivasiya baxımından məndə eniş görürsünüzsə, bəlkə, elədir. Amma problem olduğunu düşünmürəm.

Heç bir futbolçunun sonsuz limiti yoxdur. Matçdan sonra paltardəyişmə otağına artıq növbəti görüşün heyətini qururduq. Bu gün meydana çıxan Georgi 3-4 gün əvvəl komandaya gəlib. Fiziki durumu imkan vermir ki, əsas heyətə buraxaq. Ancaq artıq məcburam ki, onları oyuna salmaqla formaya salım. Bu vəziyyət də digər futbolçulara da təsir edir”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X