22:04 29.09.2024 842

"Danışmaqla düzələn deyil" - Qurban Qurbanov

"Qarabağ" Misli Premyer Liqasının 8-ci turunda öz meydanında "Sabah"ı 3:2 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün gərgin, maraqlı oyun oldu. Vacib qələbə qazandıq. Yaxşı, istəkli komandaya qarşı oynayırdıq. "Sabah"a uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Sayları az olsa da, sanki stadion dolu idi.

- Toral Bayramov qoldan sonra etdiyi hərəkətlə azarkeşlərə mesaj göndərdi? Sanki "susun" işarəsini göstərdi...

- Toralın nə cür jest etdiyini görmədim. Yəqin ki, "sus" işarəsini göstərib. Dünya futbolunda bunu etməyən yoxdur. Toral azarkeşlərə hörmətsizlik etmək üçün etməz. Mümkün deyil ki, Toral bunu azarkeşlərə etsin. Bu cür provakasiyaya getmək lazım deyil. Azarkeşlərə də bunu hansısa formada çatdırmaq lazım deyil. Çünki hansısa kiçik fikir komandaya, futbolçuya olan inamı itirə bilər . Belə suallar da vermək lazım deyil. Futbolda o qədər belə jestlər var ki. Futbolçudur, qol vurur, bəlkə dostuna, yaxınına edir. Toral həmişə reklamı xoşlayan, özünü sevdirən oyunçudur. Gecə 2-də də müsahibə verir, azarkeşlərə də açıqdır. Belə fikir formalaşdırmaq lazım deyil. Toralı tanıyıram.

- Baş hakimdən niyə narazılıq edirdiz?

- Hər epizod dayanırdı. Bəlkə kənardan başqa cür görürdüm. Hakimə heç nəyi sübut edə bilmərik. Sonda oyunun tempi qalxdı. Epizodlar var idi, saxlaya bilərdi, saxlamadı. Oyunun tempini aşağı salırdılar, etirazımı bildirdim. O da sağolsun, durmadan sarı vərəqə verdi, qəhrəmanlıq göstərdi. Futbol emosional oyundur. Azarkeş futbola istirahətə gəlir. Biri məşqçinin, biri hakimin hərəkətinə baxır. Hərə bir şeydən ləzzət alır. Səsimizi çıxaran kimi yanımızdadırlar. Hamısının xətrini çox istəyirəm. Daha da böyüsünlər, yaxşı hakimlik etsinlər. Fərqi yoxdur, Qurban ya başqası. Bu cür epizodlara sarı, qırmızı verəcəksənsə, Qurban Qurbanov olaraq tərəfdarı deyiləm. Bizə qarşı sərt oynayırlar. Bəzən buraxmaq da olar, kompramisə getmək olar. İrad bildirdim. İnanın ki, epizod oldu qarşımda, cərimə zərbəsi var idi, biz etmişdik, amma vermədi. Daha da maraqlı oldu. Cəzamı verdi. Hakimlərə qarşı həmişə pozitiv olmuşam. Sadəcə istəyirəm ki, meydandakı oyun daha dinamik olsun. Biz Avropa futbolundan danışırıqsa, o sürətə dözmək istəyiriksə, burada oyun durmalı deyil. Daha da aktiv olmaq lazımdır. Görsək ki, çox futbolçuya xəsarət yetiriləsi epizoddur, heç nə demərəm. Bəzən məşqçilər emosiyalarını saxlaya bilmir.

- "Qarabağ"dan son illərdə tələblər artıb. "Tottenhem"lə görüşdə azarkeşlər qələbə istəyirdi. Təzyiqlərə baxmayaraq, "Qarabağ"ı "Malmö" ilə oyuna hazırlaya biləcəksiz?

- Bu, bizə olan inamdan irəli gəlir. Bizim azarkeşlər üçün fərqi yoxdur rəqib "Tottenhem"dir, yoxsa "Malmö", qələbə istəyirlər. Bu, bizə həm motivasiya verir, həm də həyəcan. İstər-istəməz bizdən daha böyük nəticələr gözləyirlər. Futbolçularda həyəcan olur. Belə sıx qrafikdə onları optimal formada saxlamaq çox çətindir. Mən oynamıram, amma hələ özümə tam gəlməmişəm. Çox uzun, yorğun səfərimiz oldu. İnsan nə qədər yolda olar? 20 saat yolda olmuşuq. Bu da idmançının normal performansda qalması üçün böyük zərbədir. Motivasiya edəcəyik. Bəlkə başqa çatışmazlıqlarımız ola bilər. Böyük nəticə üçün çətinliklərə dözməliyik. Çalışacağıq ki, komandanı "Malmö" ilə oyuna hazırlayaq. Yaxşı oyunla, yaxşı nəticə istəyirik.

- Üç gün əvvəl Londonda olan temp bu gün də var idi. Ancaq bu gün 3 qol vurduz, Londonda vura bilmədiz. Futbolçular həyəcanı aşa bilmədi?

- Bilmirəm fikirlərimi nə cür çatdırım ki, düzgün qarşılansın. Nə olursa-olsun, bu çempionatdan çıxıb oralara getməlk bizə həyəcan verir. Ələlxüsus da, böyük beşlik ölkələrinə gedəndə. Həyəcan mütləq şəkildə olur. Futbolçuları motivasiya edirik ki, çəkinməli deyilik, rəqibin üzərinə getməliyik. Analiz etsək, bütün komponentlərdə onlar bizdən üstündür. İstər şəraitdə, istər məşqlərdə, istər meydançalarda. Londona hər saat yağış yağır, gün çıxır. Hər məşqi dinamik gedir, sərin havada məşq edirlər. Belə havalarda məşq etmək futbolçunun enerjisini və məşqin tempini sona qədər saxlayır. Meydançanı sulayıb məşq edəndə, 15 dəqiqə pauza verib, yenə sulayırıq. Xırda elementlər var. Şəraitdə onlar bizdən üstündürlər. Hər tərəfli bizdən üstündürlər. Amma gedirik onlara qarşı oynamağa çalışırıq. Həyəcan olacaq. Bəlkə də ustalıq deyək. Xətirlərinə dəyər futbolçuların. Amma qəbul etməliyik. Əgər onlar 3 epizoddan istifadə edirlərsə, biz beşindən birini etmiriksə, həyəcan və ustalıq səviyyəsi var. Burada futbolçular rahat oynayacaq, tanıdıqları rəqiblərdir. Ora başqa səviyyədir. Reallıq var.

- Öncədən planlaşdırmışdız ki, lider oyunçulara sonradan şans verəsiz?

- Sırf oyunun gedişatına görə oldu. Marko Yankoviç 60-65 dəqiqə oynamasını düşünmüşdüm. Bir də Mateus Silvanın 60-65 dəqiqə oynamasını planlaşdırmışdım. Dizində ağrı hiss etdi. Sabah görək necə olacaq. Qalanlar oyunun gedişatına görə idi. Çox istəyərdim ki, Zubirə, Juninyoya, Benziyaya istirahət verim. Sadəcə gedişat göstərdi ki, top bizdə qalmalıdır. Hətta Toralın da 90 dəqiqə oynamasını istəmirdim.

- Avropa Liqasında rəqiblərinizdən olan "Bodo-Qlimt" evdə "Porto"nu məğlub etdi. Çempionatımızın sistemi elədir ki, "Sabah"la, "Neftçi" ilə 4 dəfə oynayırsız. Çempionatın formatının dəyişdirilməsinin "Qarabağ"ın avrokuboklardakı çıxışına müsbət və ya mənfi təsir edər?

-Bildirəcək fikrim yoxdur. Sadəcə gözləməliyik, futbolumuzun gələcəyi üçün yeni plan hazırlanır. Məncə, hansısa fikir bildirməyim düzgün olmaz. Real baxmalıyıq. Bu gün komanda sayını çoxaltmağa gücümüz yoxdursa... Sponsor tapa bilmiriksə, danışmaqla düzələn deyil. Futbolu millətimizə sevdirməliyik. Bu gün Ehtiram Quliyevə təşəkkür edirəm. İmkanı var, komanda yaradıb, nəsə Azərbaycan futboluna fayda vermək istəyir. Belə insanların sayı çox olmalıdır. Ya tələb olunmalıdır, ya da dövlət səviyyəsində nəsə olmalıdır. Nəsə desəm, düzgün çıxmaz. Qlobal məsələdir. Çox istəyərdim ki, çempionatda 16-18 komanda olsun. Komanda bir gün Bakıda, bir gün Lənkəranda, bir gün Zataqalada, Gəncədə oynasın. Onda futbolun başqa ləzzəti olacaq. Futbol daha çox seviləcək. Bakının içindəyik, 2-3dəfə kənara çıxırıq. Bir də var, 15 səfərimiz olacaq. Futbolu hansısa yolla sevdirmək lazımdır. Bölgələrdə futbolu kütləviləşdirmək lazımdır. Yəqin ki, qarşıdakı illərdə düzələr. Özüm də üzgünəm, düşündüklərim həyata keçirə bilmirəm. Çox ağır söhbətdir. Ətrafında çox danışmaq olar. Ümid edək ki, yaxşı olacaq.

- İcraiyyə Komitəsində üzvsüz. Bu təklifləri ora verə bilməzdiz?

- Hamısı müzairə olunur. Orada heç bildirməyə ehtiyac yoxdur. Böyük şirkətlərlə danışıqlar gedir. Onların təcrübəsindən yararlanacaqlar. Yəqin ki, yaxın günlərdə görüş olacaq. Ölkəni futbol ölkəsi etmək lazımdır. Görək yeni format necə olacaq. Ümumi futbolumuza inam olmalıdır.

- İki həftə öncə İcraiyyə Komitəsinin iclası oldu. İclası yarımçıq tərk etmişdiz. Qalan məsələlər nə vaxt müzakirə olunacaq?

- İK-nın iclasından sonra qərar qəbul olundu ki, bütün məlumatları verən şəxs var. İclasdan sonra nə lazımdırsa, bildirilir. Nə deyilibsə, onlar müzakirə olunub.

- AFFA seçkilərində sizi ora kim dəvət etmişdi. Mənə maraqlıdır ki, həvəskar şəxslərlə oturursuz orada. Siz onlarla müzakirə edirsiz qərarları?

- Futboldan başqa bir şey müzakirə olunmur. Futbolu yaxşılaşdırmaq üçün başqa qüvvələr lazımdır. Sponsor lazımdır, pul lazımdır, marketinqi yaxşılaşdırmaq lazımdır. Təhsildə futbolu kütləviləşdirmək lazımdır. Hərə öz təklifini edir. Hərənin üzərinə düşən vəzifəsi var. 

- Sizcə, Gürcüstan futbolunda sistem işlədi, yoxsa onlar genetik olaraq yaxşı futbolçulardır?

- Mənim üçün bir az ağır sualdır. Gürcüstanda futbola baxış, yanaşma fərqlidir. Onlarda sanki valideyin qarışıq fikri ancaq övldadının harasa gedib oynamasıdır. Bəzi gürcü fubtolçular var, potensialı aşağıdır, amma böyük şeylər fikirləşir. Fundament elə qurulub ki, futbolla daha çox yaşayırlar. Federsiyada futbolçular çoxdur. Kaxa Kaladzenin mer olması bəlkə futbola diqqəti çoxaltdı. İmkanları bizdən daha çoxdur, Avropaya çıxışları var, Avropa klubları ilə ünsiyyətləri daha çoxdur. Ola bilər ki, milli komandaya öz güclərini verdilər, nəinki klub səviyyəsinə. Format olaraq, iclaslarımızda bütün ölkələrin stratagiyası ilə maraqlanırıq. Gürcüstan, Belçika, Danimarka, filan müzakirə olunur. Hansı ki, onların təcrübəsindən nəsə əldə etmək üçün. Pis düşüncələr yoxdur. Sadəcə qalır onları həyaya keçirmək. Real baxmalıyıq, Gürücstanda futbola sevgi, insanların futbolla yaşaması bizdən daha çoxdur. Heç kim də məndən inciməz. Biz niyə yox? Bizə nə olubki? Çox şey əldə edə bilərik. O qədər üstün sahələrimiz var. Güləşdə, cüdoda, hansısa idman növündə əsgərlərimiz, döyüşçülərimiz var, elə-belə, çətinlikdən qorxan xalq deyilik. Nəsə düzgün addım atmaq lazımdır ki, hamı futbolla yaşasın. 

- Ölkə idmanında izləyicilərin böyük ümidi, qurtarıcısı siz hesab olunursuz. Biz başqa xilaskarı hardan tapaq? Neçə ilə tapa bilərik?

- Bilmirəm bu sualların cavabı var, ya yox. Sual-cavabdansa, iş görməliyik. Bu dəqiqə federasiyada elə hazırlıq gedir ki, hansısa fikir bildirmək lazım deyil. Hər xırda detala fikir verilir ki, inkişafımızı necə tezləşdirərik. Yaxın vaxtlarda yəqin ümumi açıqlama veriləcək. Xaricdən gələn şirkətlərlə görüşüb, fikir bildiriləcək. Futbolçunun, sponsorun, məşqçinin, stadionlarımızın, bazalarımızın sayı çoxalmalıdır. Şərait yaxşılaşmalıdır. Çox geridəyik. Nəzərə almalıyıq ki, 30 illik təcrübəmiz var. İngiltərə, İspaniya futbolunun 100 illik tarixi var. Ən yaxşılar İngiltərədir. Saysan, 600 komandaları, 7-8 liqalar var. Hamısı şərtdir. 

Mənbə: sportal.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

Facebookdan bizi izləməyi unutmayın.
X