Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Turan Tovuz"la qolsuz heç-heçə edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis belə danışıb:
"Dinamik oyun oldu. Belə matçların sayı nə qədər çox olsa, futbolçuların da ustalıq səviyyəsi artar. Möhtəşəm ab-hava var idi. 3 xal qazanmaq istəyirdik. Amma 1 xal da xaldır. Oyundan və nəticədən razıyam. Bizə çətin anlar yaşatdılar. Cərimə zərbələrindən də problemlər yaradırdılar. İlk yarıda pnlar topu daha yaxşı hiss edirdilər. Bu da təbii qarşılanmalıdır. Rəqib sürətli hücumlar qururdu. Bu oyunda uduzsaydıq belə, sərgilənən futboldan razı qalacaqdım. Oyunun tempinin düşməməsi müsbət məqamdır.
Benzianın müəyyən zədəsi var idi. Həkimlərin dediyinə görə iki günə sıraya dönməlidir. Oyunun gedişində zədələnən Andradenin belində ağrı olduğu üçün əvəzlədik. Ümid edirəm ki, ciddi bir şey olmaz".
Nihat