Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edən "Zirə"nin baş məşqçisbi Rəşad Sadıqov qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis mətbuat konfransında belə danışıb:
"Oyundan öncə də bilirdik ki, gərgin mübarizə olacaq. Dünən əsas rəqiblərimiz vacib xallar qazanmışdılar. Bu, bizim üzərimizdə müəyyən təzyiq yaradırdı. Digər tərəfdən, Ayxan müəllimin komandalarına qarşı oynamaq həmişə çətin olur.
Doqquz dəyişiklik etmişdik. Oyunçulardan razı qaldım. İlk yarı bizim üçün daha asan keçdi. İkinci hissədə vurduğumuz qoldan sonra rəqib daha çox təzyiq yaratdı. Qapımıza qol vursalar da, saymadılar. Şadam ki, 3 xal qazandıq".
Nihat