13:08 12.05.2025 749

Cavadovun mesajı, Rəfiyevin inadı

Misli Premyer Liqasının 34-cü turunda Tovuzda "Kəpəz"ə 0:1 hesabı ilə uduzan "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadovun oyundan sonra təşkil edilən mətbuat konfransında dedikləri turun ən yaddaqalan məqamlarından oldu. Gəncə təmsilçisinə yenilərək turnir cədvəlində 9-cu yerə düşən "kimyaçılar"ın çalışdırıcısı həm hakimi, həm də işlədiyi klubun rəhbərliyini hədəfə aldı. 10-cu turdan "gənclik şəhəri" təmsilçisinin "sükanı arxası"nda olan, qışda isə 2,5 illik müqaviləyə imza atan gənc mütəxəssisin söylədiklərini bir daha nəzərdən keçirək:

"Gərgin və maraqlı oyun alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Hakim hər şeyi etdi ki, "Kəpəz" qalib gəlsin.

Necə olacaqsa, rəhbərliyin qərarına hörmətlə yanaşacağam. Amma elitada qalmışıq. Növbəti mövsümdə də komandada qalsam, o zaman Vaqif Cavadovun işinə qiymət verin. Bu komandanı mən qurmamışam. Mənə şans veriləcəksə, heyətdə dəyişikliklər edəcəyəm. Müasir futbolda qaçmalısan, istəkli olmalısan. Bu yoxdursa, uduzmağa məhkumsan. Mövsümü 9-cu yox, 8-ci yerdə bitirmək ciddi önəm kəsb etmir. Vaqif Cavadov gedəcək, əcnəbi məşqçi gələcəksə və Azərbaycan futbolu bundan qazanacaqsa, gəlsin. Amma Baqa gələcəksə, niyə göndərilirdi? Elə qalıb işləyərdi də. Mənim mesajım rəhbərliyə ünvanlanıb".

Komandanı özü qurmadığını vurğulayan (sabiq baş məşqçi Samir Abasov "Sumqayıt"ı 9-cu turun oyununa çıxarandan sonra "Neftçi" ilə müqavilə bağlayıb) Cavadovun rəhbərliyin ona inanmadığını hiss etdiyi dərhal sezilir. Əlbəttə, Azərbaycan millisinin hücumçusu Abasovun qurduğu kollektivdə çalışmağa başlayıb, komandanın ən önəmli futbolçularından biri Cordan Rezabala isə qışda kollektivdən ayrılıb. Razılaşaq ki, Rezabalanın yoxluğu hələ də aşkar şəkildə hiss olunur. Onun yoxluğunda Sumqayıt təmsilçisinin hücumları o qədər də kəsərli görünmür. Yəni Vaqif bəyin sərəncamındakı oyunçuların istədiyi səviyyədə olmadığını söyləməsində müəyyən həqiqət payı var. Tutaq ki, ekvadorlu legioner getməsəydi, bu gün "kimyaçılar" 30 xalla 9-cu yox, 36 və ya 37 xalla 7-ci pillədə mövqe tuta bilərdi. "Sumqayıt"da heç nə ilə yadda qalmayan belaruslu mütəxəssis Aleksey Baqanın adının çəkilməsi isə onun yenidən baş məşqçi postuna gətirləcəyi anlamında deyil. O, Baqanın adını əcnəbi çalışdırı seçiminin fiasko olduğunu xatırlatmaq naminə çəkib. Ümumiləşdirsək, Vaqif bəyin "Sumqayıt"dan və klubun prezidenti Riad Rəfiyevdən küskün olduğu faktdır.

Bəs görəsən daha öncə klubun U-19 komandasına və əvəzedicilərinə rəhbərlik etmiş Cavadovun "Sumqayıt"dakı aqibəti necə olacaq? Kluba yaxın mənbədən əldə etdiyimiz məlumata görə, rəhbərlik komandanın elitada qalmasını nailiyyət saymır və indiki baş məşqçi ilə bağlı qərar bir müddət öncədən qəbul edilib. Səbəblərə gəlincə, ən başlıcası komandanın ortaya qoyduğu futbolun ümid verməməsidir. Rəfiyev məhdud büdcə ilə mübarizə aparan "Sumqayıt"da məşqçi işinin qənaətbəxş olmadığına əmindir. Bundan başqa, Cavadovun istər mediaya, istərsə də xələfi Abasova ara-sıra söz atması idarəçiləri qıcıqlandırır. Odur ki, xüsusi nəsə baş verməsə, sözügedən çalışdırıcı növbəti mövsümə "Sumqayıt"da başlamayacaq. Mətbuat konfransında rəhbərliyə ünvanlanan mesaj isə Riad Rəfiyevin fikrini dəyişdirməyəcək.

Rafael

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 Avqust 2026
11:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:45

"Roma" Ostervoldeni rənglərinə bağlamaq istəyir

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:35

MPL:"Qəbələ" debütantı, "Zirə" "İmişli"ni qəbul edir

09:00

"Ehtiyat qüvvə çox olsaydı, "Qarabağ" iki-üç cavabsız qolla da qalib gələ bilərdi"

01:54

La Liqa: "Real Betis"dən minimal hesablı qələbə

01:34

Premyer Liqa: "Arsenal" darmadağına sevindi

01:17

Liqa 1: 2026/27 mövsümünə start verildi

00:49

Toral oynadı, "Bursaspor" məğlub oldu

00:24

Komandası darmadağına uğradı, Nəriman isə...

21 Avqust 2026
23:46

"Neftçi"də ümidləri doğrultmayan ulduz Türkiyə klubuna keçir

22:47

Keyn "Əl-Hilal"ın astronomik təklifini rədd etdi

22:14

Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurub

21:37

Azərbaycan millisi Andorra yığması ilə qarşılaşacaq

21:16

"Tottenhem" Marmuş transferində son mərhələyə çatdı

20:56

"Real Madrid" Endriki buraxmır

20:17

"Brayton" "Liverpul"un 50 milyonluq təklifini rədd etdi

19:51

Lautaro Martinez "Barselona" ilə razılıq əldə etdi

19:22

"Tottenhem" Savinyo üçün 85 milyon ödəyəcək

18:47

"Sanderlend" Katamo üçün rekorda hazırlaşır

18:24

"Arsenal" Konsanın transferini bitirdi

17:48

Kompani Musialanın son durumu barədə danışdı

17:30

Debütant itkisiz hazırlaşır

17:11

Tovuz səfəri ərəfəsində "Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət bəllidir

16:57

"Qarabağ"ın bu addımı niderlandlıları təəccübləndirdi

16:32

"Qəbələ" "Şəfa" ilə matçda bu oyunçunun xidmətindən məhrumdur

16:29

"Neftçi"nin iki hücumçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq

16:13

"Yarımcan" "Qarabağ"ın Enshede performansı

15:56

"Sabah"ın rəqibinin Bakıya nə vaxt gələcəyi dəqiqləşdi

15:38

"Fanat.Az Liqası"na qoşul, 2-ci turun qalibi sən ol!

15:20

"Sabah" - "Hapoel" oyununda anşlaq olacaq - Bu qədər bilet satıldı

15:01

"İmişli" ilə oyunöncəsi Rəşad Sadıqov qayğısızdır

14:29

Azərbaycan klubları üçün UEFA reytinqində ilk

14:15

Kadi yeni rekorda imza atdı

14:00

"Komandamız yaxşı hesabla döndü" - Ağasəlim Mircavadov

13:41

"Zirə" braziliyalı hücumçu ilə vidalaşdı

13:22

"Qızıl top"u Xviça Kvaratsxeliya qazanmalıdır" - Toni Kroos

13:03

Mourinyu: "Arda Güləri çox bəyənirəm"

12:45

"İnanıram ki, "Qarabağ" Bakıda həm gözəl oyun sərgiləyəcək, həm də..."

12:26

Aslan Kərimov: "Qoldan sonra əsl "Tvente" üzə çıxdı"

Facebookdan bizi izləməyi unutmayın.
X