17:32 24.07.2025 604

"Böyük fərqlə qələbə qazansaq da, o qədər də yaxşı oynamadıq"

Bu gecə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İrlandiyanın "Şelburn" komandasının qonağı olan "Qarabağ" rəqibini 3:0 hesabı ilə məğlub etdi. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb Dublində baş tutan oyun haqda fikirlərini bölüşməsini xahiş etdik. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ" Bakıya çox yaxşı top fərqi ilə qayıtdı. Düzü, böyük fərqlə qələbə qazansaq da, o qədər də yaxşı oynamadıq. Azarkeşlər bir qədər fərqli anlaya bilərlər, amma detalları incələsək, rəqibi taktiki baxımdan üstələyə bilmədik. "Şelburn" "Qarabağ"la oyuna 5-2-3 düzümü ilə çıxmışdı. Həmlələr zamanı rəqibi azlıqda yaxalaya bilmirdik. Vurulan birinci qola diqqət yetirsək, onların qapısı qarşısında bizim 1 "Şelburn"un isə 5 oyunçusu var idi. Taktiki baxımdan "Qarabağ"la oyuna çox yaxşı hazırlaşmışdıar. Sadəcə, İrlandiya komandasının heyətindəki futbolçuların fərdi keyfiyyətləri yüksək deyildi. Məsələn, Zubir istədiyi cinahda, istədiyi şəkildə rəqib futbolçuları keçirdi. "Şelburn" britaniyalılara xas futbolla diqqət çəkdi. Sona qədər mübarizə aparmağa, irəlidə təzyiq etməyə çalışdı. Əslində, istəklərinə də nail olurdular. "Qarabağ" rəqibin pressinqi nəticəsində meydanın mərkəzində çox sayda top itirdi. Standart vəziyyətlərin birində isə topu son anda boş qapıdan çıxardıq. "Qarabağ" rəqibə kifayət qədər qol imkanı verdi. Qeyd etdiyim kimi, onların fərqlənməsinə ustalıq səviyyəsi mane oldu. Belə deyək, yay toplanışı çərçivəsində istər Xarkov "Metallist"i, istərsə də "Zalsburq"la yoxlama oyunlarda Azərbaycan çempionunun yol verdiyi səhvləri bağışlamırdılar. 

"Qarabağ"ın nəyin hesabına qalib gəldiyinə diqqət yetirsək, Leandro Andrade və Zubirin cinahlardakı fərdi performanslarını qabartmalıyıq. Kadi də özünü yaxşı tərəfdən göstərdi. "Şelburn" nə qədər qaçsa da, nə qədər düzgün oynasa da, futbolçuların səviyyə fərqi aşkar sezilirdi. Deyərdim ki, bu oyunun ən yaxşısı Nəriman Axundzadə idi. Avtoqol zamanı ayağını topa qoyub qol müəllifi olduğuna görə demirəm. 81-ci dəqiqədə Kadinin ara ötürməsi zamanı onun necə "açıldığını" görmək beynəlxalq səviyyəli reaksiya ilə diqqət çəkdiyini söyləməyə əsas verir. Həmin epizodun davamında dirəyə tuş gələn zərbəsini isə Kaşuk tamamlayaraq fərqi artırdı. Nəriman belə davam etsə, başqa hücumçuya ehtiyac qalmayacaq. Nərimanın partlayıcı sürəti "Qarabağ"ın sabiq forvardı Juninyonunkundan da yüksəkdir. O, həm də Juninyodan daha dözümlü futbolçudur. Emmanuel Addai hücum fazasında çox sayda top itkilərinə yol verdi. Qeyri-dəqiq ötürmələrini və zərbələrini qaçmaqla kompensasiya etsə belə... Yeni transferlərdən Pedro Bikalyo arzulanan çıxışla diqqət çəkmədi, ancaq onun hələ komandaya uyğunlaşmadığını nəzərə alsaq, mövcud performansının səbəbini anlamaq olar. Təbii ki, Bikalyo hələ uyğunlaşmalıdır. 

Qısası, ilk görüşdəki səhvlərə rəğmən, ikinci matçın bizim üçün çətin keçməyəcəyini düşünürəm. Hə, İrlandiya komandası Bakıda qol vura bilər. Lakin geridönüş edəcəklərinə inanmağım gəlmir. Bu səviyyədə futbolçulara malik kollektivin "Qarabağ"ı keçməsi çətin məsələdir".

Nihat 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

Facebookdan bizi izləməyi unutmayın.
X