15:17 20.08.2025 705

"Qurban müəllimin oyunçuların arxayınlaşmasına imkan verməyəcəyinə əminəm" - Füzuli Məmmədov

Dünən UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Ferentsvaroş"la qarşılaşan "Qarabağ" evə 3:1 hesablı qələbə ilə qayıtdı. Qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə yüksəlmək yolunda inamlı addım atan "köhlən atlar" böyük uğuru reallaşdırmağın biraddımlığındadır. "Neftçi"nin və Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq çalışdırıcısı Füzuli Məmmədovla əlaqə saxlayıb Macarıstandakı oyunu incələməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:  

"Qarabağ" bu oyuna çox yüksək səviyyədə hazırlaşmışdı. Təmsilçimizin məşqçilər korpusu rəqibi düzgün analiz etmiş, oyunçulara lazım olan tapşırıları vermişdi. "Ferentvaroş" taktiki baxımdan çox güclü, oyunçuların fərdi keyfiyyəti sarıdan Azərbaycan çempionundan geri qalmayan komandadır. "Qarabağ" öz tərzinə sadiq qalmaqla yanaşı, "Ferentsvaroş"un oyun planını həyata keçirməsinə imkan vermədi. Düzdür, onlar ilk dəqiqələrdən üçüncü zonada pressinq tətbiq etməyə başladılar, amma "Qarabağ" təzyiq altında da birinci zonadan hücumlar qurur, Budapeştə qələbə dalınca gəldiyini, rəqibindən çəkinmədiyini isbatlayırdı. Komandamız bəzən qısa, bəzən də çox risk etmədən uzun ötürmələrlə həmlələr təşkil edirdi. Matçı izləyərkən qonaqların bunun üzərində yaxşı işlədikləri sezilirdi. 

Birinci yarıda fərdi səhv üzündən qapımızda qol gördük və rəqib fasiləyə üstün yollandı. İkinci yarıda isə "Qarabağ"ın futbolçuları oyunun mahiyyətini anlayaraq daha çox güc sərf etdilər. Həm oyuna nəzarət, həm pressinq, həm də müdafiə planında yüksək performans sərgilədilər. Komandamız təbii ki, hücumda da olduqca effektli göründü 3 qol vurdu və layiqli qələbə qazandı. Baş məşqçi Qurban Qurbanovun oyuna müdaxiləsini də mütləq vurğulamalıyam. Musa Qurbanlı Nəriman Axundzadənin əvəzinə meydana çıxandan iki dəqiqə sonra yaxaladığı ilk fürsəti qola çevirdi. Keyfiyyətli hücumçu belə oynamalıdır. Bu səviyyədə matçlarda ələ düşən imkanı dərhal dəyərləndirmək önəmli məsələdir. 

Əlbəttə, hələ mübarizə bitməyib. "Ferentvaroş" elə bir komandadır ki, ona qeyri-ciddi yanaşsan, sənə öz meydanında da qalib gələ bilər. Qeyd etdiyim kimi, onların hücum və yarımmüdafiə xəttində yer alan oyunçuların fərdi keyfiyyətləri təhlükə mənbəyidir. Eyni zamanda keçidlərdə də sürətli, standart vəziyyətlərdən ustalıqla istifadə edən kollektivdir. Evdəki oyuna daha ciddi hazırlaşıb uğurun ardını gətirmək lazımdır. Təbii ki, Qurban müəllimin rəqibi yaxından tanımaq imkanı oldu və ikinci matç ərəfəsində futbolçuları arxayınlaşmasına imkan verməyəcəyinə əminəm. "Qarabağ"a uğurlar arzulayıram".

Nihat  

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

Facebookdan bizi izləməyi unutmayın.
X