
Sabah"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "KuPS" Finlandiya çempionatında 16-cı turu çərçivəsində matça çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv səfərdə SJK ilə üz-üzə gəlib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda 33 xalı olan "KuPs" turnir cədvəlinin 1-ci pilləsində mövqe tutubsa, 14 xala malik SJK 10-cu yerdədir.
Qeyd edək ki, "Sabah" ilk görüşünə iyulun 21-də Bakıda çıxacaq. Oyun 20:00-da başlayacaq. Tərəflərin cavab qarşılaşması isə bir həftə sonra Finlandiyada reallaşacaq. İkinci duel Bakı vaxtı ilə 19:00-da start götürəcək.
Toğrul