
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un uğur qazanacağına azarkeşləri də inanmırlar.
"Köhlən atlar"ın sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, Bakıdakı matçda 20-yə yaxın macar tərəfdarın tribunadan baxacağı gözlənilir.
"Ferentsvaroş" Bakıya sabah gələcək və "Hilton" otelində məskunlaşacaq. "Yaşıl qartallar"ın ölkəmizdə açıq məşqi olmayacaq. Rəqibin baş məşqçisi Robbi Kinin mətbuat konfransı avqustun 26-da saat 20:00-da baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Ağdam təmsilçisi ilk oyunda 3:1 hesablı qələbə qazanıb.
Nihat