
Misli Premyer Liqasının 3-cü turunda Şamaxıda "Qarabağ"ı qəbul edəcək "Karvan-Yevlax" oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Bəhruz Musayev deyib:
"Komandada cəzalı oyunçu yoxdur. Qapıçı Pedro Mateuş zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq. Ötən tur "Kəpəz"lə görüşdə isinmə hərəkətləri edərkən zədə alan qolkiper hələ meydana çıxmağa hazır deyil".
Qeyd edək ki, "Karvan-Yevlax" - "Qarabağ" qarşılaşması avqustun 31-də keçiriləcək. Matçın start fiti 17:00-da səsləndiriləcək.
Nihat