
Dünən 2-ci Liqa təmsilçisi "Quba" 1-ci Liqa komandası "Difai" ilə yoxlama oyunu keçirib.
Fanat.Az-ın məlumatına görə, oyun bərabərliklə başa çatıb.
Sınaq qarşılaşması 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
"Difai" ötən həftə yoxlama görüşündə "Səbail"dən aldıqları 2-7 hesablı məğlubiyyətdən sonra baş məşqçisi Araz Bağırovla əməkdaşlığa son qoyub, onun yerinə Hüseynqulu Quliyevi gətirib.
Geridə qalan mövsümdə "Difai" 1-ci Liqada 9-cu, "Quba" isə 2-Liqada 4-cü yeri tutmuşdu. Bu komandalar arasında keçirilən pley-off matçında 3:1 hesablı qələbə qazanan "fədailər" Quba təmsilçisini 1-ci Liqaya buraxmamışdılar.
Nihat