
Premyer Liqa təmsilçisi "Karvan-Yevlax"ın zədəliləri sıraya dönmək üzrədir.
Yevlax təmsilçisinin sözçüsü Bəhruz Mustafayevin Fanat.Az-a verdiyi məlumata görə, qapıçı Pedro Mateuş və hücumçu Coy Sleyd Mikels məşqlərə başlayacaqlar.
Klub rəsmisi yoxlama oyunu keçirməyəcək "ağ-qaralar"ın Yevlaxda hazırlaşacaqlarını və çalışmalara sabahdan start verəcəklərini bildirib.
Xatırladaq ki, Premyer Liqanın son 5 oyununda qol vura bilməyən "Karvan" 8-ci turda "Sumqayıt"ın qonağı olacaq.
Nihat