
Misli Premyer Liqasının (MPL) 11-ci turunda səfərdə Qəbələdə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edən "Sabah"ın millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmindəki hazırlıq planı bəlli olub.
Bunu Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov açıqlayıb:
"Komanda "Kəpəz"lə oyundan sonra 4 günlük istirahət verilmişdi. Sabahdan məşqlər bərpa ediləcək. Fasilə dönəmində yoxlama oyununun keçirilməsi nəzərdə tutulmayıb".
Xatırladaq ki, "Sabah" MPL-in 12-ci turunda "Şamaxı"nı qəbul edəcək. Noyabrın 23-də keçiriləcək qarşılaşmanın start fiti 15:00-da səsləndiriləcək.
Nihat