
Bu gün 44 günlük Vətən müharibəsinin Gəncə şəhərindən olan ilk şəhidi İlqar Vüqar oğlu Burcəliyevin xatirə gecəsi keçirilib.
Fanat.Az xəbər verir ki, anım günü mərkəzi kitabxanada qeyd edilib.
Tədbirə şəhər ictimaiətinin nümayəndələri, şəhid anaları, qazilər, "Kəpəz" futol klubunun rəhbərliyi, musiqi məktəbi və orta məktəb şagirdləri qatılıblar. Vətənə, Şəhidlərimizə, Qarabağa aid şeir və mahnılar səsləndirilib.