
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Cəbəllüttariq (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA matçı Rumıniyadan olan hakimlər briqadasına tapşırıb.
Baş hakim Andrei Çivuleteyə laynsmanlar qismində Radu Ginkuleaç və Mixayta Nekula kömək edəcəklər. Dördüncü hakim funksiyasını George Katalin Roman yerinə yetirəcək.
Qeyd edək ki, görüş noyabrın 18-də keçiriləcək. "Europa Point Stadium"da reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:00-da səsləndiriləcək.