
Misli Premyer Liqasının 12-ci turunda "Qəbələ"ni qəbul edəcək "Zirə" oyuna bir itki ilə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:
"Cəzalı oyunçu yoxdur. Uzun müddətə sıradan çıxan və adı çempionatın iştirak ərizəsinə salınmayan Abdul Aziz Batibiyenin olmayacağı öncədən bəllidirsə, Davit Volkov zədə səbəbindən "Qəbələ"yə qarşı oynamayacaq".
Qeyd edək ki, "Zirə" - "Qəbələ" qarşılaşması noyabrın 22-də keçiriləcək. Matçın start fiti 17:30-da səsləndiriləcək.
Nihat