
Misli Premyer Liqasının (MPL) 12-ci turunda "Zirə"nin qonağı olacaq "Qəbələ"nin oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a "qırmızı-qaralar"ın sözçüsü Elnur Məmmədli məlumat verib:
"Cəzalı oyunçumuz yoxdur. Müdafiəçi Eduardo Kunde zədə səbəbindən oyunu buraxacaq".
"Zirə" - "Qəbələ" qarşılaşması noyabrın 22-də keçiriləcək. Matçın start fiti 17:30-da səsləndiriləcək.
Hazırda 20 xalı olan "Zirə" MPL-in turnir cədvəlində 5-ci, 5 xala malik "Qəbələ" isə 10-cu sırada qərarlaşıb.
Nihat