
"Karvan- Yevlax" rəhbərliyi baş məşqçisi Azər Həşimovla bağlı qərarını qətiləşdirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Misli Premyer Liqasının 12-ci turunda evdə "Kəpəz"dən alınan məğlubiyyət (1:2) klub idarəçilərinin səbr kasasını daşırıb.
Əslində, 1 ay öncədən Həşimovun yerinə potensial namizədləri nəzərdən keçirən, hətta 3 mütəxəssislə danışıq aparan rəhbərlik Gəncə təmsilçisinə yenilginin ardından Azər bəyi postunda saxlamağın vaxt itkisi olduğu qənaətinə gəlib. Odur ki, Həşimovla əməkdaşlığa son qoyulmasının rəsmən açıqlanması an məsələsidir.
Nihat