
Misli Premyer Liqasının 13-cü turunda "Qəbələ"nin qonağı olacaq "Araz-Naxçıvan"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu Barədə Fanat.Az-a Naxçıvan təmsilçisinin sözçüsü Mahal Məmmədov məlumat verib:
"Cəzalı oyunçu yoxdur. Oynamayacaqları dəqiq bilinən futbolçular uzun müddətə sıradan çıxanlardır: Əyyub Allaşla Rahil Məmmədov. Şarl Boli ilə Felipe Santosun isə mikrozədələri var. Bu iki legioner ötən turda da meydana çıxmamışdılar. Hazırda hər ikisi məşq etsə də, oynayıb-oynamayacaqları dəqiq bilinmir".
Qeyd edək ki, "Qəbələ" - "Araz-Naxçıvan" qarşılaşması noyabrın 30-da keçiriləcək. Matçın start fiti 16:30-da səsləndiriləcək.
Nihat