
"Sumqayıt"ın yarımmüdafiəçisi Rüstəm Əhmədzadə Misli Premyer Liqasında (MPL) yubiley matçına çıxıb.
Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, XV tur çərçivəsində "Neftçi"yə qarşı keçiridkləri görüşdə (2:2) start "11-lik"də yer alan Rüstəm 100-cü dəfə MPL oyununda forma geyinib.
O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/2022 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, "Zirə"də 80 (6 qol), "Sumqayıt"da 14 (4 qol), "Qarabağ"da 6 dəfə şans qazanıb.
Qeyd edək ki, Rüstəm Əhmədzadə turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.