
Bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydanında "İmişlı" ilə sınaq matçına çıxan 1-ci Liqanın lideri "Şəfa" 80 dəqiqə davam edən görüşü 1:0 hesablı qələbə ilə başa vurdu.
Bakı komandasının baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb vaxtından tez dayandırılan matç barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Fasilədən sonra ilk yoxlama oyunumuz idi. Premyer Liqa komandalarına qarşı mübarizə aparmağa öyrəşmişik. Futbolçularımız artıq rəqibin kimliyindən asılı olmayaraq inamlı oynayırlar. Həm müdafiədə, həm də hücumda istədiyimiz oyunu nümayiş etdirə bildik. Təbii ki, rəqibin daha güclü olmasına görə top itkiləri daha çox oldu. Belə rəqibə qalib gəlməyimiz komandada əlavə ruh yüksəkliyi yaratdı. Oyunun 80-ci dəqiqəsində yarımçıq dayanmasına səbəb isə hər iki komandanın futbolçularının bir-birinə qarşı aqressiv olmaları idi".
Nihat Ağasoy