14:23 27.01.2026 2641

İngiltərədə "Liverpul"u "Qarabağ"ın azərbaycanlısını transfer etməyə səslədilər

UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turu çərçivsində sabah "Liverpul"un qonağı olacaq "Qarabağ" qitənin ən nüfuzlu klub turnirində sərgilədiyi performansla İngiltərədə də rəğbət qazanıb.

Fanat.Az-ın məlumatına görə, matç ərəfəsində mersisaydlıların azarkeş saytı olan "Rousing The Kop"da "köhlənlər"lə bağlı yazı dərc edilib.

Azərbaycan klubunun "Çelsi" ilə 2:2 hesablı heç-heçə etdiyini qabardan müəllif təmsilçimizin "Enfild"dəki matça 1 xal üçün çıxacağını vurğulayıb. Yazıdakı ən maraqlı məqam isə Ağdam təmsilçisinin cinah müdafiəçisi Toral Bayramovla bağlıdır. Məqalənin Toralla bağlı hissəsini ixtisarla təqdim edirik: "Yəqin ki, onlar qonaq qismində gözləniməz nəticəyə imza atmaq üçün hər şey edəcəklər. Amma "Qarabağ" yalnız döyüş ruhuna yox, həm də "Liverpul"a problem yaradaacaq keyfiyyətə malikdir. Bu matç ərəfəsində sol cinah müdafiəçisi Endi Robertsonun komandadakı taleyinin qeyri-müəyyən olduğunu nəzərə alsaq, rəqibin eyni mövqedə oynayan futbolçusu Toral Bayramov diqqət mərkəzində olacaq. 24 yaşlı müdafiəçi azarkeşlərin diqqətini haqq edir.

Bəli, "Qarabağ" "Enfild"də qorxmayacaq. Bu mövsüm bütün turnirlərdə 8 qol vuran Toral isə komandasının ən yaxşı bombardiridir. 24 yaşlı futbolçu daha hücumameyilli mövqedə də uğurlu çıxışla yadda qalır. "Liverpul" Miloş Kerkezə əvəzləyici axtarırsa, o, komandaya çox üstünlük qazandırar. "Qarabağ"da 6 mövsüm keçirən Toral zəngin avrokubok təcrübəsinə malikdir. O, Azərbaycan millisində də 30-dan çox matça çıxıb. Mersisayd təmsilçisi ötən mövsüm yeni sağ cinah müdafiəçisi axtarırdı və hücuma qoşulmaq keyfiyyəti səbəbindən Jeremi Frimponqun üzərində dayandı. Bayramov da eyni işi digər "qanad"da görür. O, "Liverpul"un sol cinahında yer alsa, anoloji performans sərgiləyər. Əlbəttə, Toral Azərbaycan Premyer Liqasının İngiltərənin elitasına dəyişsə, böyük addım atar. "Qarabağ"da 233 oyuna 37 qol vurmuş bu futbolçu özünü yüksək səviyyəli çempionatda göstərməyə layiqdir".

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyun 2026
23:01

DÇ-2026: Messinin dublu Argentina millisini növbəti mərhələyə çıxardı

22:36

Mundialda ekstremal hava təhlükəsi

22:16

Fərid Qayıbov ilə Allaberdi Saparov işçi qrupunun Bakı səfərini müzakirə ediblər

21:42

Messi Klozeni geridə qoyub rekordçu oldu

21:05

"Çelsi"dən "Liverpul"un ulduzuna qarmaq

20:48

"Tottenhem" Reşford üçün hərəkətə keçdi

20:18

Dünya çempionatında şok iddia

19:51

DÇ-2026-da tribunalarda inanılmaz rekord! — Stadionlar tam dolur

19:12

"Arsenal" Deklan Raysın köməyi ilə Premyer Liqa ulduzunu gətirir

18:42

Sosial şəbəkələri çalxalayan "Süni intellekt" davası - FIFA məsələyə nöqtə qoydu

18:22

"Mançester Yunayted" zərərə razı oldu

17:53

Azərbaycan teleməkanında ilk - DÇ oyunlarını xanımlar da şərh edəcək

17:44

Hələ Salah kimisi olmamışdı

17:32

Qazaxıstan yığmasının baş məşqçisi postundan getdi - RƏSMİ

17:13

Yamal qol vurdu, İspaniya yığması unikal rekorda imza atdı

16:54

Almaniya millisinin üzvü üçün mundial erkən bitdi

16:35

"Qısa müddətdə qapınızda üç qol görürüsünüzsə..." - Səudiyyə Ərəbistanının baş məşqçisi

16:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:15

Azərbaycan millisi Tacikistanla qarşılaşacaq

15:57

"Biz hələ də tarix yazmağın bir addımlığındayıq" - Yeni Zelandiya yığmasının çalışdırıcısı

15:29

"Qarabağ" daha iki futbolçusu ilə yollarını ayırdı

15:11

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada 7 medal qazandılar

14:53

AFFA-nın "bonus fondu"ndan kim nə qədər qazandı? - MƏBLƏĞ

14:32

"Nail olduğumuz nəticədən razıyıq" - Kabo Verdenin baş məşqçisi

13:49

"İmişli" yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoydu - RƏSMİ

13:27

"Bəxtimiz gətirdi ki, azlıqda qalan Belçikaya uduzmadıq" - İran millisinin baş məşqçisi nədən narazı qaldığını açıqladı

13:09

"Ümid edirəm ki, Avstriya zəif cəhətlərimizi tapmayacaq" - Lionel Skaloni

12:48

Azərbaycan millisi Çexiya və Latviya ilə neçə dəfə qarşılaşıb? - STATİSTİKA

12:30

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

11:55

"Fasilədə futbolçulara dedim ki, qətiyyətiniz yoxdursa, ikinci hissədə meydana çıxmayın"

11:37

Elvin Cəfərquliyev "Qarabağ"a döndü, Azərbaycanı tərk etdi - VİDEO

11:16

AFFA rəsmisi Avropa çempionatının finalına təyinat aldı

10:52

Marselo Byelsa Kabo Verde yığması ilə heç-heçə etdikləri oyundan nə danışdı?

10:09

Belçika millisinin baş məşqçisi İranı məğlub edə bilməmələrinin səbəbini açıqladı

09:48

DÇ-2026: Dünya çempionu növbəti matçına çıxır

09:25

Misirdən tarixi nəticə: "Fironlar" bunu 100 ildən çoxdur arzulayırdı

09:00

Niderland nəhəngi ispaniyalı məşqçisini qovdu

08:00

DÇ-2026: Misirdən əzmkar qələbə, Uruqvay debütantla bacarmadı

02:51

Yamal ərəblərə elə bir cavab verdi ki...

02:22

Əlireza Belçika ilə oyunun ən yaxşısı seçildi

Facebookdan bizi izləməyi unutmayın.
X