
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda səfərdə "Liverpul"a böyük hesabla uduzsa da (0:6), pley-offa yüksələn "Qarabağ" büdcəsini zənginləşdirməyə davam edir.
Fanat.Az xəbər verir ki, 10 xalla 22-ci olan ağdamlılar 1/16 finala adladığı üçün daha 1 milyon avro (təxminən 2 milyon manat) qazanıb.
Beləliklə, "köhlənlər"in turnirin əsas mərhələsindəki qazancı 8 milyon avroya (16 milyon manat) çatıb.
ÇL-in təsnifat mərhələlərini nəzərə alsaq, "Qarabağ"ın qazancı 19 milyon 620 min avrodur - 38,38 milyon manat. ÇL-in liqa mərhələsinə vəsiqə qazandığına görə daha 23,7 milyon avro (47,1 milyon manat) gəlir əldə edən “Qarabağ”ın cari mövsümdəki toplam gəliri 31,75 milyon avroya (təqribən 63,11 milyon manat) çatıb.
Nihat