
Misli Premyer Liqasının 19-cu turu çərçivəsində sabah "Qarabağ"ı qəbul edəcək "Şamaxı" oyuna tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "aslanlar"ın sözçüsü Yusif Hüseynli deyib:
"Rikardo Apolinario cəzalıdır. Vladislav Veremeyev isə zədə səbəbəbindən "Qarabağ"la oyunu kənardan izləyəcək".
Şamaxı şəhər stadionunda baş tutacaq "Şamaxı" - "Qarabağ" qarşılaşmasının start fiti 14:30-da səsləndiriləcək.
Ağdam təmsilçisi 39 xalla turnir cədvəlinin 2-ci pilləsində mövqe tutubsa, 23 xala malik "Şamaxı" 8-ci sırada qərarlaşıb.
Nihat