
İngiltərə Premyer Liqasının 26-cı turunda "Tottenhem"i səfərdə məğlub edən "Nyukasl"ın baş məşqçisi Eddi Hau qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "sağsağanlar"ın rəsmi saytı belə çatdırıb:
"Bu gün yaxşı oyun sərgilədik. Qəribə qarşılaşma idi. Məncə, onların bərabərlik qolu matçın gedişatına uyğun deyildi. Uşaqlar sağ olsunlar ki, oyunun ipini buraxmadılar. Rəqibin qapımıza yol tapmasına çox yaxşı reaksiya verdik. İkinci qolu vurduq və xoşbəxtlikdən son dəqiqələrdə çox yaxşı müdafiə olunduq".
Xatırladaq ki, "Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək.
Nihat