
"Neftçi"nin 19 yaşlı vingeri Murad Məmmədov cari mövsümün sonunda iş yerini dəyişməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq gənc futbolçu hələ Bakı təmsilçisi ilə yeni anlaşma ilə bağlı razılığa gələ bilməyib.
Belə ki, maaşının ciddi şəkildə artırılmasını tələb edən Muradın istəyi ilə paytaxt klubunun planları üst-üstə düşmür. Ayda təxminən 10-15 min dollar əməkhaqqı almalı olduğunu düşünən Məmmədov pul məsələsində güzəştə getməsə, onun yeni mövsümə "Neftçi"də başlamayacağı dəqiqdir.
Qeyd edək ki, cari mövsüm Misli Premyer Liqasında 11 matçda iştirak edən Murad məhsuldar göstəricilərlə yadda qalmayıb. O, Bizon Azərbaycan Kubokunda 2 qarşılaşmada iş başında olub və bu turnirdə 1 qol, 1 assistlə diqqət çəkib.
Toğrul