13:41 06.03.2026 12043

"Qarabağ"ı 7 futbolçunun tərk edəcəyi dəqiqləşdi - ADLAR

Bu mövsüm Azərbaycanı UEFA Çempionlar Liqasında uğurla təmsil edən, qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə qədər irəliləyən "Qarabağ"ın hansı futbolçularla vidalaşacağı bəllidir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanov səviyyənin yüksəldilməsində israrlıdır və bu səbəbdən cari mövsümün sonunda heyətdə köklü dəyişikliklər etməyi planlaşdırır.

Uğursuz "Neftçi" macərasının ardından Ağdam təmsilçisinə qaytarılan, lakin komandaya fayda verməyən hücumçu Ramil Şeydayevlə müqavilə yenilənməyəcək. 53 yaşlı mütəxəssis Zaqreb "Dinamo"sundan yayadək icarəyə götürülən mərkəz müdafiəçisi Sami Mmayenin və dayaq yarımmüdafiəçisi Kris Kuakunun da komandada qalmasını vacib saymır. Azərbaycan çempionu 29 yaşlı mərakeşlinin transfer hüquqlarına yiyələnməyə can atmayacaqsa, arzulanan performansla yadda qalmayan Kuakunun da yayda icarəyə veriləcəyi və ya satılacağı gözlənilir. 

Xorvatiya əsilli almaniyalı qapıçı Fabian Buntiçin də yeni "futbol ili"nə "Qarabağ"da başlamaq ehtimalı çox azdır. Monteneqrolu yarımmüdafiəçi Marko Yankoviç isə mövsümün sonunda onu istəyən klubların "Qarabağ"a rəsmi təklif göndərməsini gözləyir. Son vaxtlar əvvəlki qədər həvəsli görünməyən, fikrinin başqa yerdə olduğu sezilən "8 nömrə"nin oyunlara arzulanan səviyyədə köklənə bilməməsi faktdır.

Bundan başqa, qanalı vinger Emmanuel Addainin və ukraynalı yarımmüdafiəçi Aleksey Kaşukun da yeni mövsümə "Qarabağ"da başlamayacağı dəqiqləşib. Addai Avropaya, Kaşuk böyük ehtimalla, Səudiyyə Ərəbistanı təmsilçilərindən birinə üz tutacaq.

Yuxarıda adları çəkilənlərin durumu bəllidirsə, taleyi qeyri-müəyyən olanlar da var. Məsələn, bu yay karyerasını bitirəcəyi güman edilən mərkəz müdafiəçisi Bədavi Hüseynovun daha bir mövsüm komandada qalmaq ehtimalı artıb. Bir müddət öncə Çinə yollanmağa yaxın olan stopper Bəhlul Mustafazadə yenə legioner həyatı yaşamaqda maraqlıdır. Lakin hazırda əməliyyatdan sonra bərpa prosesi keçən milli üzvünə daha bir real təklif gəlib-gəlməyəcəyi bilinmir. Eyni sözləri polşalı qapıçı Mateuş Koxalski barədə də demək olar. Özünün də etiraf etdiyi kimi, ölkəsinin bir müddət öncə "Vidzev" klubuna keçməyə can atan "çərçivə" qoruyucusunun aqibətinin necə olacağı mövsümün sonunda bilinəcək. Kabo-Verde yığmasının üzvü Leando Andradenin də bir neçə real təklif alması hər kəsə bəllidir.

Toğrul

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

Facebookdan bizi izləməyi unutmayın.
X