
Birinci Liqanın 23-cü turu çərçivəsində sabah lider "Şəfa" MOİK-i qəbul edəcək. "Hərbçilər"lə duel ərəfəsində meydan sahiblərinin baş məşçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qarşıdakı matç barədə nə düşündüyünü soruşduq.
34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Bizi çox ciddi sınaq gözləyir. MOİK turnir cədvəlində layiq olduğu pillədə deyil. Bunu öz oyun keyfiyyətləri ilə sübut ediblər. Komandamızda ruh yüksəkliyi var, istədiyimiz yerdəyik, lakin lider mövqeyində qalmaq üçün mütləq stabilliyi qorumalıyıq. Qələbə qazansaq, çempionluğun taleyini böyuk ölçüdə, həll etmiş olacağıq. Oyunçularımızın hər biri bunu dərk edir. İnaniram ki, futbolçularımız MOİK ilə görüşdə bizə sevinc bəxş edəcəklər".
Qeyd edək ki, "Şəfa" - MOİK qarşılaşması 16:00-da start götürəcək.
Toğrul