
“Turan Tovuz”un məşqçisi Yunis Hüseynov Bizon Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:
"Bugünkü oyunda qalib gəlmək istəyirdik. Özünüz gördünüz ki, oyunda güclü tərəf biz idik. Keçən oyun haqqımızı yedilər. Haqlı olaraq finala vəsiqə qazanan komanda biz olmalı idik. Keçən oyundakı hakim səhvləri bu günkü oyuna təsir etdi. Əziyyət çəkən futbolçuların haqqını yedi. "Zirə" komandasına uğurlar arzu edirəm".