22:44 12.05.2026 424

Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya

AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən bölgə hakimləri üçün maarifləndirici sessiya təşkil olunub.

Fanat.Az xəbər verir ki, sessiya zamanı Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli hakimlərə danışılmış oyun anlayışı, oyun zamanı verilən adi hakim qərarları ilə qəsdən manipulyasiya edilmiş qərarlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib.

Təlimçilər hakimlərin oyun prosesində daşıdığı həlledici rol və bunun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş təqdimatla çıxış ediblər. Bildirilib ki, danışılmış oyunlar kontekstində hakim qərarları ən həssas məqamlardan biri hesab olunur və bu səbəbdən hakimlərin peşəkar davranışı daim yüksək nəzarət və məsuliyyət tələb edir.

Sessiya çərçivəsində hakimlərin yalnız oyunu idarə edən tərəf deyil, eyni zamanda futbolun ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb. Bildirilib ki, obyektivlik, prinsipiallıq, qərəzsizlik və yüksək peşə etikası hakim fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və hakimlərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, hakimlərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə raport edilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və hakimlərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri hakimlərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və hakimlərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 Avqust 2026
15:54

Joze Mourinyu: "Bu uğur ehtiyat oyunçular sayəsində əldə olunub"

15:10

Darvin Nunyesin yeni klubu rəsmən açıqlandə

14:40

"Fənərbağça" Kərəm Aktürkoğlu barədə açıqlama yaydı - SON DURUM

14:09

Berdiyev "Şamaxı" ilə oyunda 3 futbolçusunun xidmətindən məhrumdur

13:44

Azərbaycan cüdoçuları 4 medal qazandılar

13:15

"Sabah"ın oyununun hakimləri açıqlandı

12:51

Nkunku Almaniyaya qayıtmağa yaxındır

12:17

Balde "Barselona"dan ayrılmağa qərar verdi - SON DURUM

11:43

"Araz-Naxçıvan"da heyətlə bağlı son durum bilindi: Biri sıraya döndü, biri isə...

11:02

"Atalanta" Elmasın transferini açıqladı

10:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:07

"Barselona"nın Lautaro istəyi düyünə düşdü - "İnter" hücumçusunu bu qiymətə də satmaq istəmir

09:39

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

MPL: "Turan Tovuz" "Şamaxı"ya qarşı, "Neftçi"nin "Araz-Naxçıvan" sınağı

02:22

La Liqa: "Real Madrid" səfərdən 3 xalla dönür

01:59

Liqa 1: "Lans" "Oser"i məğlub etdi

01:44

A Seriyası: "İnter" darmadağına sevindi

01:29

Super Liqa: "Fənərbağça" inamlı qələbəyə sevindi

01:12

Premyer Liqa: "Tottenhem" darmadağına uğradı

00:46

"Olduqca gərgin və maraqlı oyunun şahidi olduq" -Rəşad Sadıqov

00:17

"Gənc futbolçulara şans vermək klubun strategiyasıdır" - Fərid Namazov

22 Avqust 2026
23:29

Kaxaber Tsxadadze "Şəfa" ilə matçdan sonra nə danışdı?

23:12

Zaur Həşimov "Qəbələ" üzərində qələbəni belə şərh etdi

22:39

MPL: "Şəfa" "Qəbələ"ni məğlub etdi, "Zirə"dən inamlı qələbə

22:09

Andre Almeyda "Selta" yolunda

21:44

Qana milli komandasında Bisivu planı

21:12

Beto İtaliyaya qayıda bilər

20:46

Santyaqo Ximenes "Portu" yolunda

20:17

"Arsenal" yeni Xviçanı tapdı

19:54

"Lids Yunayted" Mudriki icarəyə götürmək istəyir

19:14

Niko Qonzalesin gedişinə yaşıl işıq yandırıldı

18:48

"Mançester Siti" braziliyalı ulduz üçün 35 milyon təklif edir

18:22

"Yuventus" Frenki de Yonqu "radara alıb"

17:45

İtaliya təmsilçisi Torreyranı alır

17:12

Səudiyyə Ərəbistanı klubu Talişkanı rənglərinə bağlamaq istəyir

16:40

Messi rəqibini vurduğuna görə cərimələndi

16:08

Məmmədzadə yeni müqaviləyə imza atdı

15:50

"Sevilya" gürcüstanlı futbolçunu heyətinə qatdı

15:11

"Çelsi"də yeni müqavilə

14:47

Xose Manuel Armada Sarko “Sabahın Ulduzları” layihəsi ilə bağlı təəssüratlarını bölüşdü

Facebookdan bizi izləməyi unutmayın.
X