
"Sabah"dan ayrılan qapıçı Nicat Mehbalıyevin yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən futbolçu yeni mövsümə 1-ci Liqada sona bir tur qalmış çempionluğu rəsmiləşdirərək elitaya yüksələn "Şəfa" ilə anlaşıb.
Debütantın bu keçidi yaxın günlərdə açıqlayacağı gözlənilir.
Xatırladaq ki, daha öncə elitada Bakı təmsilçisinin uğurları üçün çalışacaq bir neçə futbolçunun da adına aydınlıq gəlib.
Bunlardan biri "Şamaxı" ilə vidalaşan 25 yaşlı müdafiəçis Arsen Ağcabəyovdur. 1-ci Liqadakı heyətdən isə qapıçı Əlirza Müştəbazadə, vinger Nahid Əliyev, yarımmüdafiəçi İsmayıl Zülfüqarlı və mərkəz müdafiəçisi Nihad Quliyev bakılıların sıralarında qalacaq.
Nihat