
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
Müdafiəçi Anton Krivotsyuk və yarımmüdafiəçi Abdulla Xaybulayev heyətdən çıxarılıblar.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün toplanış çərçivəsində keçirdiyi yoldaşlıq matçında Maltaya 0:2 hesabı ilə uduzub. İkinci qoldan dərhal sonra sözügedən oyunçular arasında insident yaşanıb