
"İmişli" daha bir futbolçu transfer edib.
Fanat.Az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bəxtiyar Həsənalızadə heyətə qatılıb.
29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Karyerası ərzində "Sumqayıt", "Zirə", "Sabah" və Türkiyənin "Tuzlaspor" klublarında çıxış edən Həsənalızadə son olaraq "Araz-Naxçıvan"ın formasını geyinib.