
"İmişli" heyətinə daha bir futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.
"Qarabağ"ın əvəzedici komandasının 19 yaşlı qapıçısı Sadiq Məmmədzadə "pələnglər"in sıralarına cəlb edilib. Gənc qolkiper müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkib.
Xatırladaq ki, "İmişli" yeni mövsümə Fərid Namazovun rəhbərliyi altında hazırlaşır. Sözügedən klub bu yay Seyxan Fərəcov (MOİK), Fərid Nəbiyev ("Kəpəz") və Bəxtiyar Həsənalızadəni ("Araz-Naxçıvan") də rənglərinə bağlayıb.