
"Araz-Naxçıvan"ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Əvəzedici heyətdən əsas komandaya cəlb edilən oyunçu qasıq yırtığı səbəbindən Türkiyənin İstanbul şəhərində cərrah masasına uzanmalı olub.
Əməliyyatdan sonra bu gün evə buraxılan yarımmüdafiəçi 3 həftə sonra məşqlərə başlayacaq.