
İspaniya La Liqasının iddialı klublarından olan "Atletiko Madrid" heyətini güclü bir adla möhkəmləndirib.
Fanat.Az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Madrid təmsilçisi Portuqaliyanın "Sportinq" klubunun 27 yaşlı yarımmüdafiəçisi Morten Yulmandu rəsmən heyətinə qatıb.
Dieqo Simeonenin istəyi ilə reallaşan bu keçid üçün "Atletiko" Portuqaliya klubuna 40 milyon avro sabit məbləğ və əlavə bonuslar ödəyəcək.
Danışıqların tamamilə müsbət yekunlaşdığı və oyunçunun yaxın günlərdə Madridə gələcəyi bildirilir.