
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün mundialda 1/4 final mərhələsinin daha bir oyunu keçiriləcək.
Son Avropa çempionu İspaniya Belçika ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cütün qalibi yarımfinalda Fransa ilə qarşılaşacaq.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.
DÇ-2026
1/4 final
10 iyul
23:00. İspaniya - Belçika
Baş hakim: Maykl Oliver (İngiltərə).
Los Angeles (ABŞ). "Los Angeles Stadium".