
Heyətini gücləndirmək üçün mərkəz müdafiəçisi axtarışında olan "Qarabağ"ın transfer siyahısında yer alan Nihad Muyakiçin gələcək taleyi bəlli olmaq üzrədir.
Fanat.Az Serbiya mətbuatına istinadən xəbər verir ki, bosniyalı stoper karyerasını yenidən qardaş ölkədə davam etdirməyə çox yaxındır.
Serbiyanın "Partizan" klubunda çıxış edən Bosniya və Herseqovina millisinin üzvü Türkiyə Super Liqasının yeni iştirakçısı "Ərzurumspor"la şəxsi müqavilə şərtlərində razılığa gəlib. Türkiyə təmsilçisi 28 yaşlı futbolçu üçün Belqrad klubuna təxminən 400 min avro civarında təzminat ödəyəcək.
"Partizan"la 2027-ci ilə qədər müqaviləsi olan təcrübəli stoper daha əvvəl Türkiyədə "Ankaragücü", "Eyüpspor" və "Qaziantep" klublarının da formasını geyinib. "Qarabağ"ın transfer gündəmində ilk sıralarda yer alan bosniyalı oyunçunun "Ərzurumspor"dan gələn bu son cəlbedici təklifdən sonra yekun qərarını verdiyi və yaxın günlərdə rəsmi imzaların atılacağı gözlənilir.
Kamil Xudiyev