
Serbiyalı vinger Luka Bulatoviç karyerasını böyük ehtimalla, Azərbaycanda davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Şamaxı" bir müddətdir danışıq apardığı 27 yaşlı futbolçunun razılığını alıb.
Tərəflər demək olar ki, əməkhaqqı ilə bağlı da ortaq məxrəcə gəliblər. Son klubu bu yay ayrıldığı Şimali Makedoniya "Pelister"i olan Luka üçün sonradan maddi planda daha sərfəli variant yaranmasa, o, iyulun sonuna qədər Azərbaycana gələrək "aslanlar"ın sıralarına qoşulacaq.
Xatırladaq ki, "Şamaxı" yeni mövsümə "Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırovun rəhbərliyi altında hazırlaşır.
Toğrul