
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Sabah" - "Orxus" (Danimarka) matçının hakimləri bəlli olub.
Fanat.Az xəbər verir ki, UEFA matçı portuqaliyalı hakimlərə tapşırıb.
Mərkəz hakimi Joau Pineyruya laynsmanlar qismində Lusianu Mayya və Uqu Markeş yardım edəcəklər. Dördüncü hakim funksiyasını Fabiu Verissimu yerinə yetirəcəksə, VAR-da Tyaqu Martinş işləyəcək.
"Sabah" - "Orxus" qarşılaşması avqustun 11-də baş tutacaq. Masazırdakı "Bank Respublika Arena"da gerçəkləşəcək duelin start fiti 20:00-da səsləndiriləcək.
Xatırladaq ki, Azərbaycan çempionu turnirin 1-ci təsnifat mərhələsində Uelsin TNS komandasını (2:0, 2:1), 2-ci raundda isə Finlandiya "KuPS"unu (1:0, 2:0) mübarizədən kənarlaşdırıb.
Nihat