
Almaniya Bundesliqası turnirin rəqabət qabiliyyətini artırmaq üçün nəhəng maliyyə layihəsi üzərində işləyir.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, liqa rəhbərliyi ABŞ-nin investisiya fondu ilə 1 milyard avroluq maliyyələşdirmə sazişini müzakirə edir.
Qəbul olunacağı təqdirdə 20 illik müddəti əhatə edəcək müqavilədə gələcək yayım hüquqlarının bir hissəsi zəmanət kimi göstəriləcək.
Bu sərmayə Almaniya klublarının uzunmüddətli strateji layihələrini maliyyələşdirməyə imkan verəcək.