
Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz" bu gün yoxlama matçı keçirib.
Fanat.Az xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda Türkiyənin "Iğdır" klubu ilə qarşılaşıb.
I Liqa təmsilçisi ilə oyun "Turan Tovuz"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Jo Batista vurub.
Xatırladaq ki, "Turan Tovuz" Ankaradakı hazırlıq çərçivəsində İranın U-21 yığması və Türkiyənin Ən Liqa təmsilçisi "Fatih Karagümrük"lə üz-üzə gəlib. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb.