
Nigeriyalı vinger Visdom Kanu karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı futbolçu hazırda Bakıdadır.
Səudiyyə Ərəbistanının "Curaş" klubu olan təcrübəli oyunçu MOİK-in düşərgəsindədir. "Hərbçilər"in baxışa çağırdığı Kanu baş məşqçi İlham Yadullayevin ümidlərini doğruldacağı halda, onunla 1 mövsümlük müqavilə imzalanacaq.
Xatırladaq ki, MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Klubun bu yay müqaviləsinin müddəti bitən baş məşqçi İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, rəhbərlik sözügedən mütəxəssislə anlaşma yeniləyərək onu postunda saxlamağı uyğun sayıb.
Nihat