
Ötən mövsüm 1-ci Liqadakı mübarizəni 2-ci pillədə başa vuran "Mingəçevir"i pley-off matçında üstələyərək elitadakı yerini qoruyan "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze futbolçulara istirahət etməsinə şərait yaradıb.
Fanat.Az-a klubun mətbuat xidmətində verilən məlumata görə, avqustun 4-də Qəbələ şəhər stadionunun köməkçi meydanında "Şamaxı" ilə yoxlama oyununa çıxan (1:2) kollektiv 3 gün dincələcək.
Avqustun 8-də bir araya gələcək "qırmızı-qaralar" Misli Premyer Liqasının 1-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirəcəkləri görüşün hazırlığına başlayacaqlar.
Yeri gəlmişkən, bölgə klubu daha 2 legionerlə güclənməkdə qərarlıdır. Həmin futbolçuların gələn həftə Azərbaycana gələcəkləri gözlənilir.
Nihat