
Bu yay serbiyalı mütəxəssis Saşa İliçlə vidalaşan "Sumqayıt" rəhbərliyi komandanı portuqaliyalı Filipe Kandiduya tapşırdı. Təbii ki, Kandidunun nə dərəcədə uğurlu seçim olduğunu yeni mövsümün gedişində görəcəyik. Baş məşqçi postuna gətiriləndən sonra 3 yeni transfer edən əcnəbi çalışdırıcıya bir neçə sual ünvanladıq.
Onun Fanat.Az-ın əməkdaşı ilə dialoqu belə alındı:
- Heyəti formalaşdıra bilmisinizmi?
- Xeyr. Heyət hələ tam formalaşmayıb.
- Yaxşı, o zaman komanda yeni mövsümə nə dərəcədə və sizcə, neçə faiz hazırdır?
- Faizlərlə danışmaq çətindir, lakin bu komandanın istədiyim səviyyəyə çatması üçün vaxta ehtiyacı olacaq.
- Çempionatın startına qədər yeni transferlər olacaqmı?
- Bu, transfer bazarından asılı olacaq, amma bəli, daha çox transfer edəcəyik. Komandanı gücləndirməliyik.
- Hansı mövqeləri?
- Çox güman ki, yarımmüdafiə və hücum xətlərini.
Nihat