
Dünən Tacikistana qarşı (1:0) Azərbaycan millisinin heyətində ilk oyununa çıxan Edqar Adilxanov sosial media hesabında paylaşım edərək düşüncələrini azarkeşlərlə bölüşüb.
Fanat.Az xəbər verir ki, milli formanı geyinməyin uşaqlıqdan bəri ən böyük arzusu olduğunu vurğulayan futbolçu bunları yazıb:
"Azərbaycan milli komandasında debüt etmək və ilk oyunumu qələbə ilə başa vurmaq mənim üçün böyük qürur və unudulmaz hissdir. Bu formanı geyinmək uşaqlıqdan bəri ən böyük arzularımdan biri olub. Bu yolda mənə dəstək olan ailəmə, məşqçilərimə, komanda yoldaşlarıma və hər zaman yanımda olan hər kəsə sonsuz təşəkkür edirəm. Mənə göstərilən etimadı doğrultmaq və Azərbaycanı layiqincə təmsil etmək üçün hər zaman əlimdən gələnin ən yaxşısını edəcəyəm. İlk oyun, ilk qələbə və qarşıda daha böyük hədəflər. Bu, sadəcə başlanğıcdır."